Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Paris Olimpiadasında hakimlik etməyim 50/50-dir" – Nazim Umbayev
    21.11.2023 20:55:03

    Azərbaycanın idmandakı sözünü tək atletlər yox, həm də hakimlər deyir. İdman aləmində beynəlxalq dərəcəli hakimlərimiz o qədər də çox deyil. Amma mötəbər yarışlarda ədaləti qoruyan cüdo hakimimiz var. Bu, ötən il Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğuda Əliyar Ağayevdən (futbol) sonra Azərbaycanın 2-ci hakimi seçilən Nazim Umbayevdir. O Umbayev ki, bu il "Böyük Dəbilqə"lər və IBSA Qran-prisi ilə yanaşı, yeniyetmələrin Avropa çempionatı, gənclərin Avropa və dünya çempionatlarında, Universiadada, eləcə də Ümumdünya Kombat Oyunlarında hakimlik edib.

    Prosport.Az saytı bu dəfə Nazim Umbayevdən hakimlik karyerası, Olimpiadada tarixə düşmək şansı və gələcək yarışı barədə fikirlərini öyrənib.  

    – Hakimlik karyeranıza necə başlamısınız, A kateqoriyasına nə vaxtdan yiyələnmisiniz? Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
    – 2001-ci ildən hakimliyə başlamışam. 2012-2013-cü ildə Respublika dərəcəli hakim olmuşam. 2017-ci ildə kontinental yarışlarda hakimlik etmək üçün B kateqoriyasını aldım. Ötən ildən A kateqoriyasına malikəm. Bundan sonra Beynəlxalq Cüdo Federasiyasının keçirdiyi IJF Tour yarışlarına dəvət almağa başladım. IJF Tour "Böyük Dəbilqə", Qran-pri, "Masters", dünya çempionatlarında hakimlik etməyə imkan verir.   

    – Olimpiadada bizdən heç vaxt beynəlxalq dərəcəli cüdo hakimi olmayıb. Sizin Paris Yay Olimpiya Oyunlarında hakimlik etmək şansınız necədir?
    – İnşallah, belə davam etsə, Olimpiadaya düşmək şansım var. Ancaq gələn il keçiriləcək Paris Olimpiadasına düşmək üçün gecdir. Çünki yalnız 2022-ci ildə A kateqoriyasına yiyələnmişəm. Paris Olimpiadasına düşmək üçün daha öncədən bu kateqoriyaya yiyələnməliydim. Hazırda orda hakimlik etməyim 50/50-yə görünür.

    – Sizdən başqa, A kateqoriyalı hakimimiz var?
    – Bəli, var. Fariz Hüseynov 2016-cı ildə Paralimpiya Oyunlarında hakimlik edib və bu baxımdan hələ ki yeganə azərbaycanlı hakimdir. Bundan başqa, Arzu Acalova, Mətin Rəhimli, Valeh Məhərrəmov və Akif Tahirov A kateqoriyasına malikdir. Valeh müəllim ən birinci bu kateqoriyaya yiyələnən hakimimizdir, hazırda yaşı 65-i keçdiyindən, beynəlxalq yarışlara təyinat almır. Ən son bu kateqoriyaya Akif Tahirov yiyələnib.

    – Qeyd etdiniz ki, Fariz Hüseynov 7 il əvvəl Paralimpiya Oyunlarında hakimlik edib. Onda belə çıxır ki, sizin də Paris Paralimpiya Oyunlarında hakimlik etmək şansınız var...
    – Bəli, orada hakimlik etmək şanslarım daha çoxdur.

    – Bilirik ki, Beynəlxalq Cüdo Federasiyası IJF sertifikatı almayan məşqçilərə 2025-ci ildən yarışlara çıxmağa qadağa qoyacaq və bunun üçün seminarlar keçirir. Bəs bu məsələlər hakimlikdə necə tənzimlənir?
    – Bizdə də Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin hərəsinin ildə 2 dəfə seminarı baş tutur. Həmçinin, Azərbaycan Cüdo Federasiyası daxilində də hakimlər üçün seminarlar olur, onlardan imtahanlar götürülür. Hazırda bizim federasiya tədris və təhsil məsələlərinə çox önəm verir.

    – Bunun üçün yəqin ki ingilis dili biliyinin olması da şərtdir...
    – Hökmən. İngilis dili biliyin minimum başlanğıc səviyyədə olmalıdır ki, fikirlərini izah edə biləsən. Amma A kateqoriyalı hakimlər artıq ingilis dilini yaxşı bilməlidirlər ki, Beynəlxalq Cüdo Federasiyasının təlimatlarını anlasın, cüdoçu və məşqçilərə fikirlərini izah edə bilsin.

    – Hakimlikdən əlavə, məşqçi də olduğunuzu bilirik. Cüdoçu kimi karyeranız necə olub?
    – 1985-ci ildən cüdo ilə məşğul olmağa başlamışam. Həzi Aslanov adına beynəlxalq turnirin qalibi və bürünc medalçısı olmuşam. Yeniyetmələr arasında Azərbaycan 2-cisi, gənclər arasında Azərbaycan 3-cülüyünə yiyələnmişəm. Böyüklər arasında çıxış etmək vaxtım çatanda 90-larda müharibə düşdü, dərəbəylik yarandı, cüdodan aralandım. Hakimlik və məşqçiliyə demək olar ki, eyni vaxtdan – 2001-ci ildən başlamışam. Tək-tük hakimlərdənəm ki, cüdo ilə də əvvəl məşğul olmuşam.

    – İl sona çatır. Qarşıda hakim kimi dəvət olunduğunuz hansı yarış var?
    – Əvvəl Açıq Avropa Kuboku keçirilirdi. Bu ildən Avropa Cüdo Birliyi kişilərdə 73 kq-da, qadınlarda 57 kq-da Açıq Avropa çempionatı da keçirməyə başlayıb. Bu yarış dekabrın 16-da Kosovonun paytaxtı Priştinada təşkil olunacaq. Ora 10 hakim dəvət olunub. Onlardan biri də mənəm. Bundan başqa, gələn ilin mayınadək İsrailin paytaxtı Təl-Əvivdə, Türkiyənin Antalya və Qazaxıstanın Almatı şəhərində keçiriləcək "Böyük Dəbilqə", eləcə də Antalyadakı IBSA cüdo Qran-prisindən dəvət almışam.

    Səbuhi Musa

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved