Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Türkiyə və Azərbaycan AÇ-yə ev sahibliyi etmək istəyir – EKSKLÜZİV MÜSAHİBƏ
    13.11.2023 18:50:39

    5-8 noyabr tarixlərində Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ və Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıda səfərdə olub.

    Prosport.Az-ın əldə etdiyi məlumata görə, bu səfərin Bakıda gerçəkləşməsində Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayevin böyük rolu olub. 2024-cü ildə serbiyalı Aleksandar Boriçiçin prezidentlik səlahiyyəti başa çatacaq. CEV-ə keçiriləcək seçkilərdə əsas namizəd isə italiyalı vitse-prezident Renato Arenadır. Bu səbəbdən AVF gələcək CEV prezidenti ilə əlaqələri yaxşı tutmağa çalışır.

    İtaliyalı, türkiyəli və bolqarıstanlı mütəxəssislərin bura dəvət olunması da əbəs yerə olmayıb. Belə ki, coğrafi baxımdan İtaliya Bolqarıstanla, Bolqarıstan Türkiyə ilə və Türkiyə Azərbaycanla yaxındır. Bu 4 ölkə 2026-cı ildə qadın voleybolu üzrə Avropa çempionatına müştərək namizəd ola bilər. CEV rəhbərliyi ilə Bakıdakı görüşlər zamanı qitə çempionatına ev sahibliyi də müzakirə olunub.

    Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ Prosport.Az-a verdiyi eksklüziv müsahibəsində də bu məsələnin müzakirə olunduğunu təsdiqləyib.

    – Bu yaxınlarda ölkəmizdə səfərdə oldunuz. Tək deyildiniz. Bu görüşlər zamanı 2026-cı ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi müzakirə olundumu?
    – Təbii ki. Bu yöndə görüşlərimiz var. Biz Türkiyə olaraq ötən ildən Avropa çempionatını keçirməyə namizədik. Amma görürəm ki, Azərbaycanda voleybolun işığı var. 2017-ci ildə Azərbaycan Avropa çempionatına da ev sahibliyi etdi. Bu istək və arzu yenə var. Bunu aramızdakı müzakirələrdə də gördüm. Mən də bundan çox qürurlandım. Görüş zamanı da dedim ki, Türkiyə ilə Azərbaycan ayrılmaz 2 ölkədir. Ən gözəl təşkilatçılığın ediləcəyinin də sözünü CEV-ə vermişik.  

    – 2017-ci ildə qonşu Gürcüstanla ev sahibliyi etdik. Ancaq qardaş ölkə dediyimiz Türkiyə ilə heç müştərək ev sahibliyimiz olmadı...
    – İnşallah, 2026-cı ildə olar. Niyə də olmasın?! Mən bunu çox istəyirəm. Qardaşım, dostum, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və onun əməkdaşları da 2026-cı ildə Türkiyə ilə birgə ev sahibliyi etmək istəyir.

    – Bilirsiniz ki, son Avropa çempionatında millimizin baş məşqçisi türkiyəli Ataman Güneyligil idi. Onun Azərbaycandakı qısa karyerasını necə dəyərləndirirsiniz?
    – Dediyiniz kimi, çox qısa müddət Azərbaycanda işlədi. Türkiyədə çempionat başa çatan kimi milli komandada çalışmağa başladı. Bildiyiniz kimi, Almaniyanın Düsseldorf şəhərində Azərbaycanla eyni qrupda yer almışdıq... Azərbaycanda federasiya dövlətin də dəsti ilə səbirli bir layihə icra edir. Azərbaycanda olduğum müddətdə görüşlərim məni çox məmnun etdi. Ötən çərşənbə Azərbaycandan ayrıldım. Çox şad oldum ki, Azərbaycanda hazırda voleybolun aşağı yaş qruplarına çox əhəmiyyət verilir. Biz Türkiyə olaraq da məhz bu məqama fikir verərək bu yerlərə gəlib çıxdıq. Bu gün Türkiyənin qadın voleybol millisi ABŞ, Braziliya, Serbiya, İtaliya kimi komandaları qabaqlayaraq dünya reytinqində 1-cidir, son Avropa çempionudur, Dünya Kubokunun qalibidir. Türkiyədə azyaşlı idmançıları voleybola qazandıran Şahin Çatma adlı dostumuz hazırda sizin federasiyada aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışır.

    – Türkiyə qadın voleybolu hazırda ən üst səviyyədədir. Şahin Bağırovla Azərbaycan millisinə namizəd türk məşqçilər barədə müzakirələr də oldumu?
    – Xeyr, bu mövzuda heç söhbətimiz olmadı. Amma dostum olan federasiya prezidenti də yaxşı bilir ki, biz A-dan Z-yə, başdan ayağa kimi Azərbaycanın yanındayıq.

    – Əbəs yerə deyil ki, Azərbaycan və Türkiyə federasiyaları arasında əməkdaşlıq Memorandumu imzalandı. Mətbuat konfransında isə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev bildirdi ki, türkdilli ölkələr arasında voleybol turniri keçirilə bilər. Bu yöndə nə yenilik var?
    – Bəli, Azərbaycan və Türkiyənin rəhbərliyi altında müxtəlif turnirlər təşkil edəcəyik. D igər türkdilli ölkələrlə də danışıqlar aparacağıq... Azərbaycan voleybolu çox yüksək yerlərə gələcək. Bundan əmin ola bilərsiniz. Bunu görürəm, əminəm və inanıram.

    Səbuhi Musa

    Top oyunları

    Millimizin Avropa Liqası üçün yekun heyəti açıqlandı - ADLAR

    4.06.2026 15:12:44
    Voleybol

    Millimiz Ankara toplanışını 1 qələbə və 1 heç-heçə ilə başa vurdu

    4.06.2026 12:41:32
    Basketbol

    Millimiz Dünya Kubokunun pley-in mərhələsində – YENİLƏNİB

    3.06.2026 21:28:44
    Voleybol

    Gəncə klubununun legioneri Ukrayna millisində

    3.06.2026 12:41:11
    Top oyunları

    Dünya Kuboku: Basketbol yığmamız Çexiya və Polşaya qarşı

    3.06.2026 10:00:08
    Voleybol

    Federasiya rəhbərliyi milli komandanın üzvləri ilə görüşdü

    2.06.2026 16:14:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bizi Azərbaycan yığması ilə çətin sınaq gözləyir" - Maltalı futbolçu

    4.06.2026 22:16:19

    "Bu, futbolla vidalaşdığım anlamına gəlmir" - Amin Seydiyev

    4.06.2026 21:55:26

    "Şahruddinlə rəqabət üçün darıxmışdım" - Emil Balayev

    4.06.2026 21:27:23

    Millimizin Maltaya qarşı start heyəti bilindi

    4.06.2026 21:14:36

    "Elvin Cəfərquliyev özünə yeni klub tapmalıdır" - Ayxan Abbasov

    4.06.2026 21:05:44

    Vüqar Əsgərli "İmişli"yə keçidinə münasibət bildirdi

    4.06.2026 20:36:32

    "Qarabağ" və Xorvatiya klubu nədə anlaşıb?

    4.06.2026 20:17:57

    "Bütün futbolçularımızdan qol gözləyirik" – Siyasət Əsgərov

    4.06.2026 20:06:49

    "Ayın qolu" layihəsində qaliblər bəlli oldu

    4.06.2026 19:44:29

    Mourinyu Türkiyədən Avropa Məhəkəməsinə şikayət etdi

    4.06.2026 19:28:04

    Çempionu "Zirə"yə dəyişdi – 2 illik müqavilə

    4.06.2026 18:43:49

    Azərbaycanı Tallində bu qadın idmançılar təmsil edəcək – ADLAR

    4.06.2026 18:18:40

    Marko Yankoviç "Qarabağ"dan ayrılır? – Özü açıqladı

    4.06.2026 17:45:54

    Premyer Liqanı tərk edən komandada 2 ayrılıq

    4.06.2026 17:15:36

    Millimizin futbolçusu daha 2 il "Sabah"da

    4.06.2026 16:45:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved