"Sərhədçi" basketkol komandası bu mövsüm ilk qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) II turunun son oyunu baş tutub.
İlk turda məğlub olmuş "Sərhədçi" səfərdə "Şəki" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "sərhədçi"lər yekunda rəqib üzərində 81:74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "Şəki"dən Kris Klark (24 xal, 5 ribaund) və "Sərhədçi"dən Cekson Rid (30 xal, 5 ribaund) olub.
