Cüdo millimiz Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatını 2 qızıl medalla başa vurub.
Prosport.Az xəbər verir ki, dünyanın 46 ölkəsindən 386 idmançının iştirak etdiyi yarışda cüdoçularımız yüksək bacarıq göstərərək medalların sayına görə kişilər arasında 1-ci, ümumilikdə isə 2-ci yeri tutublar. İlk yerə isə 5 qızıl və 4 bürünc medalla meydan sahibi Fransa yiyələnib.
Qeyd edək ki, çempionatın sonuncu günündə Zelim Kotsoyev (100 kq) gərgin mübarizədən sonra qızıl medal qazanıb. Osetin əsilli idmançımız final görüşündə dünya reytinqinin lideri İlia Sulamanidze ilə üz-üzə gəlib. Möhtəşəm texnika nümayiş etdirən Zelim gürcü həmkarına qarşı “osoto-qaeşi” hərəkətini yerinə yetirərək, görüşün əsas vaxtında həlledici “ippon”la parlaq qələbəni təmin edib.
Xatırladaq ki, çempionatın 2-ci günündə Hidayət Heydərov (73 kq) rəqiblərini üstələyərək, üçqat qat Avropa çempionu titulunu qazanıb.

