Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) II turunun növbəti oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, ilk turda məğlub olmuş "Neftçi" səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb.
Oyun paytaxt klubu "Neftçi" nin 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. "Cəlilabad"dan Rişon Conson (38 xal, 8 ribaund), "Neftçi"dən Maykl Karter (19 xal, 4 ribaund) ən məhsuldar basketbolçular olub.
Qeyd edək ki, II turun son oyunu ( "Şəki" – "Sərhədçi") 5 noyabr tarixində baş tutacaq. "NTD-INDIGO" klubunun müraciəti və “Sabah” klubunun razılığı əsasında "NTD-INDIGO" – “Sabah” oyunu təxirə salınıb. Dünən "Xırdalan" səfərdə "Sumqayıt"ı 81:77 hesabı ilə məğlub edib.
