Avropa Voleybol Konfederasiyasının (CEV) serbiyalı prezidenti Aleksandar Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcək.
Azərbaycan Voleybol Federasiyasından Prosport.Az-a verilən məlumata görə, funksionerlər noyabrın 5-də paytaxta gələcək.
Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaq və Yüksək Liqanın ilk qarşılaşmasını – "Azərreyl" – "Abşeron" oyununu izləyəcək. Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.

