Üçqat Paralimpiya çempionumuz Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən para-üzgüçülük üzrə dünya seriyası yarışında növbəti medalını qazanıb.
Prosport.Az xəbər verir ki, Belarus əsilli idmançı 100 metrə arxasıüstə üsulu ilə üzmədə 01.01.09 nəticə göstərərək gümüş medala sahib çıxıb.
Qeyd edək ki, 3 idmançı ilə təmsil olunan millimiz yarışı 4 gümüş medalla başa vurub.

