BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən veteranlar arasında dünya çempionatında Azərbaycan təmsilçiləri daha 2 qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, yarışın 3-cü günündə Babək Hacıyev (M4, 60 kq) və olimpiya mükafatçımız, DİN İdman Cəmiyyətinin rəisi Mövlud Mirəliyev (М4, 100 kq) dünya çempionu olub.
Qeyd edək ki, veteran cüdoçularımız bununla da medallarının sayını 9-a çatdırıb. Bunların 4-ü qızıl, 1-i gümüş və 4-ü bürünc medaldır.

