Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "1 legionerimiz əşyalarını toplayaraq çıxıb gedib" – "Sumqayıt"ın baş məşqçisi
    3.11.2023 07:28:28

    “Sumqayıt” basketbol komandasının baş məşqçisi Teymur Hüseynov klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Yeni yaradılan komandanın perspektivləri haqda nə deyərdiniz?
    – Komanda dediyiniz kimi yeni yaranıb. Əslində bizim 5 legionerimiz olmalı idi. 4 transfer həyata keçirmişdik, təəssüf ki, 1-i klubu erkən tərk etdi. Hazırda 2 əcnəbi oyunçu axtarışındayıq, 1 yerli basketbolçunun da keçidini rəsmiləşdirmək istəyirik. Bunu həll edə bilsək, hər şey normal olacaq. Əslində, ilk turda “NTD-İndiqo”ya qarşı yaxşı oynamışdıq. Sadəcə, gücümüzü sona qədər bölüşdürə bilmədik. Bu oyunda 3 legionerin xidmətindən lazımı qədər yararlana bildik, amma yerlilər hələ bir qədər zəif təsir bağışlayır. Öncə qeyd etdiyim kimi, istədiyimiz oyunçuları heyətə cəlb edə bilsək, vəziyyət qaydasına düşəcək. Təbii ki, əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır. 

    – Qarşıda komandanı “Xırdalan”la oyun gözləyir. Bu oyunda nəyə ümid edirsiniz?
    – Uşaqları oyuna çox yaxşı kökləyirik. Bu matçda sona qədər döyüşəcəyik. Legionerlər əsl məharətini göstərə bilsə, “Xırdalan”a qalib gələcəyik.

    – Bəs “Xırdalan”ın gücü haqqında nə deyərdiniz?
    – “Xırdalan” yaxşı komandadır. Heyətində 5-6 legioner çıxış edir. Onların yerli oyunçularının səviyyəsi də yüksəkdir. Buna baxmayaraq, rəqibdən çəkinmirik!

    – “Sumqayıt”da  legionerlərin səviyyəsi haqda nə deyərdiniz?
    – Heyətdə yüksək səviyyəli əcnəbi basketbolçular var. 3-nün oyun keyfiyyətinə söz ola bilməz. 1 legionerimiz də kürək nahiyəsindəki zədə səbəbindən komandadan getdi. Son məşqə gəlmədi, sonra da xəbər tutduq ki, əşyalarını toplayaraq çıxıb gedib.

    – “Sumqyıt”ın pley-off şansları haqda nə deyərdiniz?
    – Dediyim kimi, istədiyimiz transferləri reallaşdıra bilsək, pley-offa vəsiqə şansımız olacaq. Çünki çempionatda əsas güclü komandalar “Sabah” və “NTD-İndiqo”dur. Qalan 8 komandanın səviyyəsi eynidir.

    – Ev oyunlarını Sumqayıt şəhərində keçirdikdə bu nəticələrə nə dərəcədə müsbət təsir göstərəcək?
    – Əlbəttə, biz bunu səbirsizliklə gözləyirik. Orada komanda böyük azarkeş dəstəyi altında oynayacaq. Məncə, “Sumqayıt”sevərlər arenanı dolduracaq.

    – Rəhbərliyin komandaya dəstəyi haqda nə deyərdiniz?
    – Rəhbərlik bizə yüksək səviyyədə dəstək verir. İstədiyimiz oyunçuları düşərgəyə gətirirlər. Buna görə onlara təşəkkür edirəm.

    Voleybol

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06
    Top oyunları

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Top oyunları

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Top oyunları

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Voleybol

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved