Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita xəstəxanaya yerləşdirilib.
Prosport.Az xəbər verir ki, funksioner yıxılaraq boyun fəqərələrini zədələyib.
O bu səbəbdən əməliyyat olunacaq. Qeyri-müəyyən müddətə komitənin rəhbəri vəzifəsini vitse-prezident Yuko Mitsuya icra edəcək.
Qeyd edək ki, Yasuhiro Yamasita cüdo üzrə olimpiya və dördqat dünya çempionudur.

