Azərbaycan Basketbol Liqasında II tura start verilib.
Prosport.Az xəbər verir ki, açılış matçında debütant "Xəzri" "Gəncə" ilə üz-üzə gəlib.
Əslən Gəncədən olan Amil Həmzəyev "Xəzri" forması ilə ötən mövsüm formasını geyindiyi "Gəncə"yə qarşı oynayıb. Qarşılaşma paytaxt klubunun 93:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "Xəzri" çempionatda ardıcıl 2-ci qələbəsini qazanıb.
