Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa" komandasının Çelenc Kubokunda növbəti oyunlarının vaxtı bəlli olub.
Prosport.Az xəbər verir ki, Yunanıstanın “Panatinaikos" klubu ilə 1/16 finalın ilk oyunu noyabrın 21-də Bakıdakı Voleybol Mərkəzində keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
Noyabrın 29-da Yunanıstanın paytaxtı Afinada reallaşacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Xarı Bülbül Şuşa" əvvəlki mərhələdə Slovakiyanın “Spartak” komandasına Bakıda keçirilən hər 2 oyunda qalib gəlməklə mübarizədən kənarlaşdırıb.
