Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Dünya çempionumuz Avropa çempionatındakı heyətdən çıxarıldı – SƏBƏB
    28.10.2023 11:19:14

    Azərbaycanın cüdo millisində böyüklər arasında yeganə dünya çempionu Səid Mollayi 3-5 noyabr tarixlərində Fransanın Monpelye şəhərində keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.

    Bu barədə Prosport.Az-a Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib.

    Onun sözlərinə görə, 2018-ci ildə Bakıda dünya çempionu olmuş 31 yaşlı cüdoçu zədə üzündən yarışa qatıla bilməyəcək. Yalnız gələn həftədən etibarən məşqlərə başlayacaq Mollayinin dekabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirakı gözlənilir.

    Səid Mollayinin əvəzinə isə 73 kq çəki dərəcəsində 23 yaşlı Rəşid Məmmədəliyev Avropa çempionatına aparılacaq. U-23-lər arasında Avropa çempionu və Avropa Kubokunun qalibi olmuş Rəşid bu il özünü yaxşı tərəfdən göstərə bilib. O, Çində keçirilmiş Universitet Oyunlarında gümüş və yenicə başa çatmış Əbu-Dabi "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

    Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunacaq. Kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mübarizə aparacaq. 

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved