Atletika üzrə millinin üzvü, paralimpiya çempionu Orxan Aslanov İtaliyanın Yezolo şəhərində keçirilən Qran-Pridə uzunluğa tullanma növündə 6.19 m nəticə göstərib.
Prosport.az xəbər verir ki, o, bu nəticə ilə ikinci yerə sahib çıxıb.
Aslanov cari ilin iyul ayında Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.

