Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı bülbül” klubu bu gün ilk görüşünü keçirib. Prosport.Az xəbər verir ki, Çelenc kubokunun 1/32 final mərhələsində komandamızın rəqibi Slovakiyanın “Spartak” (Miyava) klubu olub. GİN-nin Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər 3 setdə məğlub edərək matçın qalibi olub. Çelenc kuboku Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.
1/32 final (1-ci oyun)
“Xarı Bülbül Şuşa” – “Spartak” 3:0 (25:23, 25:21, 27:25)
"Xarı Bülbül" avrokuboka qələbə ilə başladı
