“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci matçda Türkiyənin “Bağçaşəhər” kollektivini qəbul edib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma Bakı klubunun məğlubiyyəti ilə bitib – 65:83.
Qeyd edək ki, "Sabah" ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzub.

