Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə ABŞ-dən olan Cek Yonezukaya qalib gəlib.
Ötən gün Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb, Ruslan Paşayev (66 kq) isə 5-ci olub.
Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir sabah başa çatacaq.

