Xorvatiyanın "Sesvete" kişi həndbol komandasının oyunçuları Mingəçevirdə yubiley matçına çıxıb.
Prosport.Az-ın xəbərinə görə, bunlar Nikola Finek və Filip Periçdir.
Hər 2 həndbolçu Mingəçevirin "Kür" komandası ilə görüşdə "Sesvete"nin heyətində 100-cü oyununu keçirmiş olub.
Qeyd edək ki, Avropa Kubokunun II mərhələsinin cavab matçında "Kür" rəqibinə 24:34 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. "Sesvete" isə III mərhələdə Türkiyənin "Beşiktaş" klubunun rəqibi olub.
