Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.
Prosport.Az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov dünəndən sabaha kimi Serbiyanın paytaxtı Belqradda kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ll qrupunun matçlarında hakimlik edəcək.
Zülfüqarov 3 gün davam edəcək oyunları bolqarıstanlı Konstantin Yovçevlə birgə idarə edəcək.

