“Gəncə” klubu heyətini yeni basketbolçularla gücləndirib.
Prosport.Az xəbər verir ki, sözügedən komanda amerikalı Tevon Horton və Derek Roudsu heyətinə qatıb. Onlarla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Tevon Horton müdafiəçi mövqeyində çıxış edir. 24 yaşlı basketbolçu son mövsümü vətəni ABŞ-də “Vest Virciniya” komandasında oynayıb.
30 yaşlı Derek Rouds isə 196 sm boya malikdir və hücumçu mövqeyində çıxış edir. Onun son klubu Meksikada “Tixuana” olub.
