Azərbaycanın həndbol klubları üçün avrokubok mövsümü yenə erkən başa çatıb.
Prosport.Az-ın məlumatına görə, kişi həndbol komandalarımız – "Azəryol" (Bakı) və "Kür" (Mingəçevir) dünən Avropa Kubokunun II mərhələsində cavab oyunlarına çıxıblar.
Onlar müvafiq olaraq "Briksen"ə (İtaliya) 19:37 və "Sesvete"yə (Xorvatiya) 24:34 uduzaraq mübarizəni dayandırıb. Bununla da Azərbaycan klubları cari avrokubok mövsümü ilə vidalaşıb.
Xatırladaq ki, daha əvvəl qadın həndbol komandalarımız – "Kür" "Yomi Salerno"ya (İtaliya), "Azəryol" "Krivaya"ya (Bosniya və Herseqovina) və "Qarabağ" “KH-7 BM Qranulyes”ə (İspaniya) hər 2 oyunda uduzaraq mübarizəni dayandırmışdılar.
