Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Qızlarımız həmin legionerlərə baxıb basketbola gəlsinlər" – Emin Əmrullayev
    17.10.2023 18:04:21

    "Yerli basketbolçuların çox olmasını arzu edirəm".

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev ölkə çempionatının 2023/2024 mövsümünün açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

    ABF rəhbəri Azərbaycanın U-16 komandasının Avropa çempionatının C divizionunda çempion olmasını müsbət qiymətləndirib: "Bunun nəyi pisdir? Ümumiyyətlə, olmaya da bilərdi. Bir də var, yarı yerli, yarı legionerlərdən ibarət komanda olsun. Mənə görə, komandanın olması daha yaxşıdır. Legionerlərin heyətdə yer almaları da yerli oyunçu sayının az olması ilə bağlıdır. Çalışırıq ki, qızlarımız da həmin legionerlərə baxıb basketbola gəlsinlər. Yaxın 3-4 ildə legionerlər olacaq. Basketbolun inkişaf etməsini istəyiriksə, bu olmalıdır. Buna emosional münasibətin bildirilməsi də normaldır. Arzularla gerçəkliklər başqadır".

    Elm və təhsil naziri uşaq basketbolunun inkişafı üçün məktəblərlə bağlı layihə həyata keçirəcəklərini söyləyib: "Uşaq basketbolu ilə bağlı işlər gedir. 2010-2011-ci il təvəllüdlü 498 uşaq var ki, peşəkar məşqçilərin rəhbərliyi altında ayrı-ayrı klublarda hazırlıq keçirlər. Onların arasında az sayda 2009 və 2012-ci il təvəllüdlülər mövcuddur. Bu prosesi yavaş-yavaş federasiyanın üzərindən götürüb klublara yönəltmək istəyirik. Daha sonra həmin klublar öz akademiyalarını yaratsınlar. Bu il belə bir layihəyə başlamışıq ki, ən azı 5-6 məktəbdə belə imkan yaradılsın. Bu il hər bir kluba federasiyanın xətti ilə əcnəbi uşaq məşqçisi gətirilməsinə çalışacağıq. Prosesin davamı olaraq uşaq komandaları formalaşacaq. Sonra isə onlar arasında çempionat təşkil edə bilərik".

    E.Əmrullayev Azərbaycan Basketbol Liqasına iki yeni komandanın əlavə olunduğunu da xatırladıb: "Çempionata iki yeni komanda gəlib. Bunlar "Sumqayıt" və "Xəzri"dir. Bizdə Cəlilabad Azərbaycanın basketbol mərkəzlərindən biri sayılır. Klub öz istəyi ilə Cəlilabadı təmsil etmək istədi, biz də etiraz etmədik. Ötən mövsüm bu, zalla bağlı idi. Çünki Cəlilabadda idman kompleksi hazır deyildi. Amma bu il müəyyən təmir işlərindən sonra komanda oyunları Cəlilabadda keçirə biləcək. Məhz bu səbəbdən "Zirvə"nin (Astara) Cəlilabada keçidi baş tutub. Daha bir oxşar dəyişiklik NTD klubu ilə bağlıdır. Ötən mövsüm komanda Bakını təmsil edirdi. Bu il isə Xaçmaz rayonu adından çıxış edəcək. Federasiya rəhbərliyi adından klub rəhbərliyinə təşəkkür edirəm ki, belə bir təşəbbüsə müsbət baxdılar. Bütün bunlar regionlarda kütləviliyin və basketbola marağın artmasına səbəb olacaq".

    O, Azərbaycan Basketbol Liqasında ildən-ilə komanda sayını artırmağı hədəflədiklərini sözlərinə əlavə edib. Nazir, eyni zamanda, futbol klublarını da bu işə cəlb etmək istədiklərini vurğulayıb: "Futbol klublarına basketbol komandası yaratmaları ilə bağlı təklif olunmuşdu. Bu, sadəcə, bir gözlənti idi. Yəni yaratsaydılar, daha yaxşı olardı. Düşünürük ki, bu yolla getsələr, daha münasib olar. Əlbəttə, məcburiyyət və öhdəlik deyə bir şey yoxdur. Bu, seçimlərdən biridir. Daha çox təklif və əməkdaşlıq xarakterlidir. Hər bir klubun özünəməxsus inkişaf strategiyası var. Bunu normal qarşılayıram. Orada basketbol ola da bilər, olmaya da. Bu gün yoxdursa, sabah ola bilər. Bizim üçün komandaların artımı vacibdir və bu iş sürətlə olmalıdır. Hər il 2 yeni komanda olsa, əla olar. Maksimum hədəfimiz 12 və ya 14 komandadır. Bundan sonra isə daha çox 1-ci liqa haqda düşünə bilərik. Ən böyük problemimiz yerli oyunçuların az olmasıdır. Fikrimcə, 2-3 ilə bu məsələ də müsbət həllini tapacaq".

    Federasiya prezidenti “Sabah” komandasına FIBA Avropa Kubokunun müntəzəm mövsümündə uğurlar arzulayıb: "Mənə azarkeş kimi proqnoz vermək çətindir. Təbii ki, arzularımı deyə bilərəm. "Sabah"ın seçmə mərhələdə uğurlu çıxışı hamımız üçün həm sürpriz, həm də yaxşı xəbər oldu. İnanıram ki, həm klub rəhbərliyi, həm də oyunçular əllərindən gələni edəcəklər ki, qələbələrin sayı artsın və Azərbaycan basketbolunu növbəti mərhələyə daşısınlar".

    Top oyunları

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Top oyunları

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Voleybol

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Basketbol

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved