17 yaşadək qızlardan ibarət həndbol millimiz Kosovonun paytaxtı Priştinada keçirilən "IHF Trophy"də növbəti məğlubiyyətini alıb.
Prosport.Az xəbər verir ki, yığmamız Bolqarıstanla üz-üzə gəlib. Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, rusiyalı Sergey Kamburun çalışdırdığı U-17 millimiz 2 gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə yenilərək rüsvay olmuşdu. Bununla da komandamızın A qrupunda sonuncu olaraq yarımfinala vəsiqə qazana bilməməsi müəyyənləşib. Yığmamız sabah B qrupunun 3-cüsü ilə 5-ci yer uğrunda mübarizə aparacaq.
