Milli Paralimpiya Komitəsinin atletika üzrə yığma komandasının üzvü, Paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyanın Yezolo şəhərində keçirilən Qran Pridə çempion olub.
Prosport.Az-a verilən məlumata görə, o, 400 metrə qaçışda 56.75 nəticə göstərərək 1-ci yerə sahib çıxıb.
Lamiyə Vəliyeva bu nəticə ilə iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya əldə edib.

