Azərbaycan samboçuları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən dünya birinciliyində 5 medal qazanıb.
Sambo Federasiyasından Prosport.Az-a verilən məlumata görə, yeniyetmələr 1 gümüş, 2 bürünc, gənclər isə 2 gümüş medala yiyələnib.
Yeniyetmələrin yarışında Nicat Sultanov (71 kq) 2-ci, Ziyəddin Zeynallı (53 kq) və Sulhan Süleymanlı (79 kq) 3-cü yeri tutub.
Sahib Babayevlə (58 kq) Rəsul Aydəmirov (98 kq) isə gənclər arasında birincilikdə fəxri kürsüyə gümüş mükafatçı kimi qalxıb.
