Almaniyanın paytaxtı Berlində keçirilən para-üzgüçülük üzrə dünya seriyası yarışında iştirak edən üçqat Paralimpiya çempionu Roman Saley turnirin təsnifat mərhələsində 200 metrə sərbəst üzmədə 01.58.36 nəticə göstərərək dünya rekorduna imza atıb.
Prosport.Az-a verilən məlumata görə, bununla da Belarus əsilli idmançımız yarışın final mərhələsinə vəsiqə qazanıb.
Eyni zamanda Roman Saley 100 metrə baterflay üsulu, millinin digər üzvü, Paralimpiya çempionu Vəli İsrafilov isə 100 metrə brass üsulu ilə üzmədə finala vəsiqə qazanıb.

