“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda 2023/24 mövsümünə qələbə ilə başlayıb.
Prosport.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağına Niderland təmsilçisi “Donar” önündə çıxıb.
Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma gərgin alınıb. Yekunda “Sabah” Xroninqen təmsilçisi üzərində 75:72 hesablı qələbə qazanıb. Bu, 18 il sonra Azərbaycan klubunun avrokuboklarda debütü kimi tarixə düşüb.
Qeyd edək ki, “Sabah” 2-ci oyununu sabah yerli komanda “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək.
