Azərbaycanın 2 paralimpiyaçısı İtaliyanın Yezolo şəhərində keçiriləcək Qran Pri yarışında iştirak edəcək.
Prosport.Az xəbər verir ki, atletika üzrə paralimpiya çempionları – Orxan Aslanov və Lamiyə Vəliyeva adıçəkilən turnirdə mübarizə aparacaqlar.
Onlar bu gün start götürəcək Qran Priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək.
Qeyd edək ki, Qran Pri iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

