5-9 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçiriləcək dünya birinciliyinin heyəti məlum olub.
Prosport.Az-ın məlumatına görə, 14 azərbaycanlı samboçu Mərkəzi Asiyada keçiriləcək yarışda dünya çempionu olmaq uğrunda mübarizə aparacaq.
Yeniyetmələr: Ziyəddin Zeynallı (53 kq), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq), Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq), Hacıbaba İmaməliyev (+98 kq);
Gənclər: Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq)
Qeyd edək ki, millilərimizin yarışda iştirak edəcək yeniyetmələr və gənclərdən ibarət heyəti hazırda Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. 15 günlük hazırlıq prosesi sentyabrın 30-dək davam edəcək.
