Azərbaycanın daha 2 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.
Prosport.Az xəbər verir ki, bunlar Hidayət Heydərov (73 kq) və Zelim Tçkayevdir (81 kq).
Üçqat dünya mükafatçısı və ikiqat Avropa çempionumuz Hidayət Heydərov finalda Moldova cüdoçusu Petru Pelivandan üstün olub.
Osetin əsilli idmançımız Zelim Tçkayev isə finalda Avstriyanı təmsil edən çeçen idmançı, olimpiya, dünya və Avropa mükafatçısı Şamil Borçaşviliyə qalib gəlib.
Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medala yiyələnib.

