Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Cüdo Federasiyasının layihəsi Batumidə 6 laureat üzrə qalib oldu – FOTO
    21.09.2023 17:05:37

    Azərbaycan Cüdo Federasiyasının və "Azercell"in birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” kampaniyası “Ad Black Sea” festivalının Qran Pri mükafatına layiq görülüb.

    Prosport.Az xəbər verir ki, kayihə bu ilin Qran Prisi ilə yanaşı, həm də “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl mükafat qazanıb.

    “Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı “Endorphin” reklam agentliyi isə festivalın “ən yaxşı agentliyi” mükafatına layiq görülüb. 10 ölkədən 301 iştirakçının 13 kateqoriya üzrə yarışdığı festivalda “Qızlara ağ yaraşır” toplam 13 kateqoriyanın 6-sı üzrə laureat olub:

     1. Festivalın 2023-cü il Qran Pri mükafatı

    2. “Dayanıqlı PR kampaniyası” nominasiyasında – qızıl mükafat

    3. “Korporativ məqsədlər və sosial məsuliyyət” nominasiyasında – gümüş mükafat

    4. “Dayanıqlı inşkişaf məqsədləri çərçivəsində əhali” nominasiyasında – gümüş mükafat

    5. “İnteqrasiya olunmuş reklam kampaniyası” nominasiyasında – bürünc mükafat 

    6. “Televiziya və Film” nominasiyasında – bürünc mükafat

    “Azercell Telecom” MMC-in prezidenti Zərinə Zeynalova bildirib ki, “Qızlara ağ yaraşır” kampaniyası sadəcə cüdo proqramı deyil: ”Bu layihə “Azercell”in Azərbaycanda qızların idmanda, təhsildə və həyatda uğur qazana bilmələri üçün daha da parlaq gələcəyin yaradılmasına sərmayədir. Çünki bizim qızla gələcəyin liderləri və rol modelləridirlər. Azərbaycanın gələcəyinə hədəflənmiş layihənin beynəlxalq səviyyədə tanınması və Qran Priyə layiq görülməsi bizi sevindirir və yeni-yeni layihələrə ilhamlandırır”, – deyə Z. Zeynalova vurğulayıb.

    “Bu cür əhəmiyyətli bir yaradıcılıq festivalında artıq bir Azərbaycan qurumu, sponsor tərəfdaş və eləcə də reklam tərəfdaşı agentliyi ilk dəfə festivalın əsas Qran Pri mükafatına, “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl mükafata və çoxsaylı gümüş və bürünc mükafatlara layiq görülüb və sosial yönümlü problemlərin həllində dövlət-özəl tərəfdaşlığının bariz nümunəsini yaradıb. Bu bizi çox qürurlandırır, həmçinin gələcək nailiyyətlərə motivasiya edir.”, – deyə federasiyanın baş katibi Rəşad Rəsullu bildirib.

    Azərbaycan Cüdo Federasiyasının “Azercell Telekom” MMC-in tərəfdaşlığı ilə həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.

     “Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub. 

    “Qızlara ağ yaraşır” yerli mediada da maraq doğuran və trendə düşmüş kampaniyalardan biridir:

    https://www.youtube.com/watch?v=RVR9UPaeGT0

    Layihə haqqında ətraflı məlumat əldə etmək, həmçinin qızları cüdoya yazdırmaq üçün:

    https://qizlaraagyarasir.az/

    “Ad Black Sea” 2015-ci ildən Gürcüstanda keçirilən festivaldır. 14-16 sentyabr 2023-cü il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən bu festivalda sənayenin aparıcı simaları kreativ ideyalar paylaşıb, reklam və marketinq trendlərini müzakirə ediblər. Builki festivalda Gürcüstan, Azərbaycan, Ukrayna, Ermənistan, Bolqarıstan, Macarıstan, Rumıniya, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələr olmaqla 10 ölkə iştirak edib. 301 iştirakçı 13 kateqoriya üzrə Almaniya, Peru, Sinqapur, Braziliya, Bolqarıstan, Polşa, Gürcüstan, Türkiyədən olan jüri üzvlərinin iştirak etdiyi səsvermə prosesində güclərini sınayıb.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved