Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.
Prosport.Az xəbər verir ki, 21-25 noyabr tarixlərində baş tutacaq çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq. Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.
AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
