Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ilk günündə 2 medal qazanıblar.
Prosport.Az xəbər verir ki, milli üzvləri 1 qızıl və 1 gümüş medal əldə ediblər.
66 kq çəki dərəcəsində İslam Mehraliyev finalda Böyük Britaniya təmsilçisi Samuel Halla uduzaraq 2-ci yeri tutub. 73 kq çəki dərəcəsində isə Nəriman Mirzəyev həlledici görüşdə isveçrəli Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

