Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasına dünən yekun vurulub.
Prosport.Az xəbər verir ki, Tərtərin Suqovuşan kəndində yerləşən su anbarında və Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışda Azərbaycan avarçəkənləri 14 medal (2 qızıl, 3 gümüş, 9 bürünc) qazanıb.
Qeyd edək ki, bu gün saat 19:00-dan etibarən Bakı Bulvarında yarışın bağlanış mərasimi baş tutacaq.

