Azərbaycan Voleybol Federasiyası (AVF) baş katib postunda istefaya göndərdiyi Fərid Xəlilovu yenidən vəzifəsinə qaytarıb.
Prosport.Az-ın xəbərinə görə, Azərbaycan Atletika Federasiyasında Cavid Qurbanovun yanına müşavir kimi gedəcəyi gözlənilən F.Xəlilova yenidən voleybolda ehtiyac duyulub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdman menecmenti" üzrə magistr təhsili alan F.Xəlilov yenidən baş katib səlahiyyətlərini görməyə başlayıb.
Xatırladaq ki, aprelin 12-də AVF-nin yeni prezidenti Şahin Bağırov Fərid Xəlilovu baş katib vəzifəsindən istefaya göndərmişdi. Həmin gün bu vəzifə müvəqqəti olaraq Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucova həvalə edilmişdi. Ancaq sonuncunun idman sahəsində heç bir səriştəsinin olmaması Xəlilovun xidmətlərinə yenidən ehtiyac duyulmasına səbəb olub.
Səbuhi Musa

