Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Ona dedim ki, artıq məşqlərə gəlməyimin mənası yoxdur" – Millimizin üzvü
    9.09.2023 15:16:57

    Qadın voleybol millimizin və yeni yaradılmış "Buta" komandasının üzvü Şəfaqət Alışanovanın Prosport.Az saytına müsahibəsi

    – Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatının C qrupunda millimizin çıxışını necə dəyərləndirirsiniz?
    – Əlbəttə, məqsədimiz qrupdan çıxmaq idi. Əvvəldən hər birimiz bu hədəfə köklənmişdik. Təlim-məşq toplanışı, xarici ölkələrdə keçirilən oyunlar, səhvlərimiz üzərində işləmələr – hər şey yaxşı idi. Komandada olmadığımdan, orada nə baş verdiyini anlamadım. Məncə, qızlar əllərindən gələni etdilər. Lakin baş məşqçimizin bəzi epizodlarda yanlış əvəzetmələrini, bəzi taktiki gedişlərininin düzgün olmadığını gördüm. O, qalib gələ biləcəyimiz oyunlarda qələbə qazanmağımıza imkan vermədi. Hətta 1-2 oyunda komandamızda ruh düşkünlüyünü də hiss etdim.

    – Həmin oyunlardan biri kimi yəqin 1:3 uduzduğumuz İsveçlə qarşılaşmanı nəzərdə tutursunuz?
    – Həm İsveçlə, həm də Almaniya ilə oyunu nəzərdə tuturam. 1:3 uduzduğumuz Almaniyaya qalib gəlməyə potensialda bir komanda idik. Almaniyaya indiyədək uduzmamışdıq. İlk dəfə idi ki, bu rəqibə uduzduq. 2017-ci ildə Bakıda keçirilən Avropa çempionatında onlara qrupda və 1/4 finalda 3:0 hesabı ilə qalib gəlmişdik (əslində qrupda 3:1 qalib gəlmişdik – red.).

    – Amma Almaniya meydan sahibi idi. Onların qrupdan çıxması gözlənilən idi...
    – Gözlənilirdi. Amma deyərdim ki, sürpriz komanda 3:0 qalib gəldiyimiz Çexiya oldu. Ümumiyyətlə, ən qarışıq qrup bizimki idi. Uduzan komanda sonra gedib qalib millini məğlub edirdi. Yalnız sonradan Avropa çempionu olan Türkiyə bütün rəqiblərinə qrupda qalib gəldi. 

    – Çexiyanı 3:0, autsayder Yunanıstanı isə 3:2 hesabı ilə məğlub etdik. Halbuki Yunanıstana 3:1 və 3:0 qalib gəlib 2 xal qazanmaq mümkün idi. Razılaşırsınız?
    – Bəli, böyükhesablı qələbələr qazanmaq lazım idi. İmkanlarımızı əldən verdik. Qrupdan 2-ci çıxsaydıq, 1/8 finalda Ukraynanı da məğlub edə bilərdik. Məsələn, Yunanıstanı və İsveçi yaxşı nəticə ilə mübarizədən kənarlaşdıra bilərdik.

    – Avropa çempionatından öncə yoxlama görüşlərində Bosniya və Herseqovina və Belarus ilə qarşılaşdınız. Turnir iştirakçısı olmayan Belarusla, Avropa çempionatında qrupda qalan bosniyalılarla matçlar hazırlıq üçün nə dərəcədə önəmli idi? Daha güclü rəqiblərlə qarşılaşmaq olmazdımı?
    – Bu, təşkilatçıların seçimidir. Ancaq Bosniya və Herseqovina bizim səhvlərimizi görə biləcəyimiz komanda deyil. Xüsusilə də, iştirakçı olmayan Belarus...

    – Avqustun 16-da millinin Avropa çempionatına gedəcək heyəti elan olunanda bəlli oldu ki, 2 azərbaycanlı – Şəfaqət Alışanova və Ülkər Kərimova kənarda qalıb. Sizin yerinizə toppaylayıcı mövqeyində belaruslu Kristina Besman və ukraynalı Yana Doroşenko çıxış edəcəkdi...
    – Hələ avqustun 2-də Bakıda məşq edərkən heyətdə olmayacağımı bilirdim. Özüm baş məşqçi Ataman Güneyligilə yaxınlaşdım və dedim ki, artıq məşqlərə gəlməyimin bir mənası yoxdur. Bilmirəm, peşəkarlıq baxımından nə dərəcədə düzgün idi, ancaq o ankı qərarım bu idi.

    – O buna necə reaksiya verdi?
    – Dedi ki, sənin qərarındır. Əslində bu onun qərarı idi... Ülkər isə son günədək komanda ilə məşq etdi. Ümumiyyətlə, o ilk dəfə idi, bu qədər milli komanda ilə birgə oldu. Ancaq mən birinci dəfə deyil ki, millidəyəm. Baş məşqçinin bu qərarına nə səbəb olduğunu bilmirəm. Səbəbini də demədi. Nə də mən soruşmadım.

    – Bəlkə məşqlərdə top paylamaqda probleminiz olub?
    – Xeyr. Əslində 3-4 gün qabaq belimdə yüngül zədəm vardı və 2 məşq buraxmışdım. Top paylamaqla bağlı heç bir problemim olmayıb. Düşünürəm ki, o 1 günlük 2 məşqi buraxmağım heyətdən kənarda qalmağıma səbəb olub.

    – Amma bu inandırıcı gəlmir axı. Başqa səbəblər olmalıdır...
    – Başqa səbəblər 100% var. Amma onun ağzından bunu eşitmək istədim, sadəcə demədi. Dedi ki, turnir başa çatdıqdan sonra danışarıq. Ancaq yarış başa çatdıqdan sonra Azərbaycana gələsi deyildi, birbaşa Türkiyəyə getdi (gülür)... Qismət belə imiş. Özüm voleybolçu olsam da, qadın voleyboluna baxanda ürəyim sıxılır. Amma özümüzünkülər oynayanda vəziyyət başqa cür olur. Televizorun qarşısından bir dəqiqə də ayrılmırdım, taym-autlara kimi baxırdım. Özüm Azərbaycanda olsam da, ürəyim Almaniyada idi.

    – Ümumiyyətlə, 3 aya baş məşqçi gətirmək nə dərəcədə düzgün addım idi?
    – Biz onunla demək olar ki, 1 ay, 20 gün məşq keçmişdik. Əsas heyət iyunun sonlarından məşqlərə başlamışdı. Bu müddət hamının formaya düşməsi üçün kifayət qədər vaxt deyil. Qızların hələ bu səviyyədə oynaması möcüzədir. Bu da fərdi keyfiyyətin hesabına idi. Qızlar nə bacarırdısa, əllərindən gələni etdilər. Ancaq daha yaxşısını etmək mümkün idi.

    – Yığmadan kənarda qalanda Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev sizinlə əlaqə saxladı?
    – Məşq zamanı orada gördü məni. Dedi ki, ürəyini sıxma, məşqlərinə davam et, klubun üçün hazırlaş.

    – Artıq 32 yaşınız var. 2 il sonra keçiriləcək Avropa çempionatında 34 yaşınız olacaq. Sizcə, bu mötəbər turnirdə çıxış etmək şansınız hələ də var?
    – Çağırsalar, var. Ümumiyyətlə, federasiyada çox yaxşı işlər görülməyə başlanılıb. Aşağı yaş qruplarına türk mütəxəssis Şahin Çatma dəvət olunub. Orada potensiallı uşaqlar var.

    Səbuhi Musa

    Digər idman növləri

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11
    Digər idman növləri

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34
    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    20.07.2026 12:15:07
    Digər idman növləri

    Millimizün üzvü Avropa üçüncüsü oldu – FOTOLAR

    19.07.2026 23:08:47
    Digər idman növləri

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved