Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıblar.
Prosport.Az xəbər verir ki, kişilərdən ibarət komanda yarışında iştirak edən Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev pnevmatik tapançadan 10 metrə atəşdə (P1) gümüş medala yiyələnib.
Eyni zamanda, Rafiq Əliyev yüksək nəticə göstərərək, dünya çempionatına lisenziyanı qazanıb. Onu da bildirək ki, daha əvvəl Aybəniz Babayeva 10 m atəşdə, Yelena Taranova 10 m və 25 m atəşdə, Rafiq Əliyev 25 m atəşdə, Kamran Əliyev 50 m atəşdə dünya çempionatına lisenziyaları qazanıblar.
Qeyd edək ki, turnir 17-29 sentyabr tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

