Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Klublarımız avrokubok matçlarını Bakıda keçirməkdən imtina etdi – VİDEO
    6.09.2023 09:14:07

    Kişi və qadınlardan ibarət həndbol komandalarımız Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda iştirak etmək üçün məşqlərə başlayıb.

    Prosport.Az xəbər verir ki, təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər. Artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və keçiriləcək məkanlar müəyyənləşib.

    Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizdən “Azəryol” Bosniya və Herseqovinanın “Krivaya” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək. İyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılmış püşkatmada hər 2 oyunun Bakıda keçirilməsi nəzərdə tutulsa da, danışıqlardan sonra matçların Zavidoviçi şəhərində keçirilməsi qərara alınıb. 

    “Qarabağ” da İspaniyanın “KH-7 BM Qranulyes” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə – Kataloniya vilayətinin Qranulyes şəhərində qarşılaşacaq. Halbuki əvvəlcə ilk oyunun Bakıda olması nəzərdə tutulmuşdu.

    Bəs 2 klubumuzun da Bakıda oynamaqdan imtinasının əsl səbəbi nədir? Məsələ burasındadır ki, 2 komandamızın da ilk mərhələdəcə mübarizəni dayandıracağı heç kimdə şübhə doğurmur. Bu səbəbdən də heç bir komanda ötən ay U-17 qızlar millimizin Bakıda EHF çempionatında yaşadığı fiaskonu yenə doğma azarkeşlər önündə yaşamaq istəmir. Acı nəticə olsun, amma səfərdə, səs-səmirdən uzaqda olsun... onlar belə fikirləşir. Amma biz nəticələri diqqətdə saxlayıb işıqlandıracağıq. Əks halda, jurnalist etikasına tüpürmüş olarıq.   

    Yeni yaradılmış “Kür” komandası isə İtaliyanın “Yomi Salerno” komandası ilə 23-24 sentyabr tarixlərində Mingəçevirdəki “Kür” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.

    2 oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.

    Qeyd edək ki, kişilərdən ibarət “Azəryol” I mərhələnin “Amber” (Litva) – “Briksen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də keçiriləcək.

    View this post on Instagram

    A post shared by Azerbaijan Handball Federation (@handball.az)

    Stolüstü oyunlar

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved