Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Prosport.Az xəbər verir ki, oktyabrın 18-dən etibarən Polşanın Zeleno Qura şəhərində təşkil olunacaq hazırlıq prosesində komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərova iştirak edəcək.
Təlim-məşq toplanışının əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir.
Toplanışa oktyabrın 31-də yekun vurulacaq
