Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR
    17.10.2026 13:09:31

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib.
     
    Prosport.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara müraciəti səsləndirilib.
     
    Müraciəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev oxuyub.
     
    Müraciətdə dövlətimizin başçısı paralimpiya hərəkatının iştirakçılarını Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradıldığı bildirilib.
     
    Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratdığı, idmançılarımızın ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etdiyi vurğulanıb. Qeyd edilib ki, onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.
     
    Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin bundan sonra da paralimpiya hərəkatının inkişafına və Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
     
    Qeyd edək ki, yubiley tədbirində dövlət və hökumət nümayəndələri, beynəlxalq idman təşkilatlarının rəhbər şəxsləri, xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndələri, tanınmış idmançılar və b. iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycan paralimpiyaçılarının uğurlarını əks etdirən fotosərgi ilə tanış olublar və “Azərpoçt” tərəfindən Komitənin 30 illik yubileyinə həsr edilmiş xüsusi poçt markası nümayiş etdirilib.
     
    Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun yubiley münasibətilə ünvanladığı təbrik məktubunu Komitənin birinci vitse-prezidenti Leyla Markes Mota oxuyub.
     
    Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev Ulu Öndər Heydər Əliyevin paralimpiya hərəkatına xüsusi diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətimizin başçısının 16 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə daha bir qrup paralimpiyaçının “Tərəqqi” medalı ilə təltif olunmasının bu qayğının növbəti təzahürü olduğunu vurğulayıb.
     
    O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər və uşaqlarla bağlı humanist, xeyirxah layihə və təşəbbüslərini qeyd edib.  30 il ərzində Azərbaycan paralimpiya hərəkatının böyük inkişaf yolu keçdiyi, idmançılarımızın 9 Paralimpiya Oyununda iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal olmaqla, ümumilikdə 68 medal qazandıqları bildirilib.
     
    İkiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış edərək paralimpiyamıza göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edib, paralimpiyaçılarımızın qarşıdakı dövrdə də yeni-yeni qələbələr qazanmaq əzmində olduğunu diqqətə çatdırıb.
    Milli Paralimpiya Komitəsi tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel,  Türkiyə, Rusiya, Macarıstan, Belarus, Portuqaliya və İspaniyanın milli paralimpiya komitələrinin rəhbər şəxslərinə paralimpiya hərəkatının inkişafına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim edilib.
     
    Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan benefisiarları və təlimçilərinin ifasında bədii proqramla davam edib.

    Digər idman növləri

    Stolüstü tennisçilərimiz beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar - POLŞADA

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "Əlimizə düşən imkanları dəyərləndirə bilmədik" - Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    ABL: "Naxçıvan" "Gəncə"dən üstün oldu

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved