qarabagh.shop/" target="_blank">Komanda AZ
    Futbol
Mahir Emrelinin komandası sabiq "Qarabağ"lını üzdü

Polşa çempionatında XI turun oyunları keçirilir.

Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Vieçista"nın qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 88-ci dəqiqədə, hesab 1:1 olarkən Adam Basse ilə əvəzlənib. Bu görüşdə ev sahibi komandanın qapısını "Qarabağ"ın sabiq qolkiperi Mateuş Koxalski qoruyub.

Qeyd edək ki, mövsümdə 2-ci qələbəsini qazanan “Rakov” 6 xalla hazırda 18 komanda arasında sonuncu yeri tutur.