Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Prosport.Az xəbər verir ki, Sərəncama əsasən, 4 nəfər Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.
Bunlar Elvin Astanov, Oloxan Musayev (hər ikisi nüvəitələmə), Ramil Qasımov (paracüdo) və Pərvin Məmmədovdur (parapauerliftinq).
