Azərbaycanlı ağırlıqqaldıran Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa çempionatında 2 gümüş və 1 bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək 2-ci olub.
Təkanla qaldırma növündə iso o,162 kq çəkini başı üzərinə qaldıraraq 3-cü olub.
Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.
