Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanda bu beynəlxalq yarış ilk dəfə keçiriləcək
    15.10.2026 18:16:04

    “Sea Breeze” kurort şəhərinin təsisçisi və sahibi Emin Ağalarov və “Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışının keçirilməsinə dair memorandum imzalayıblar.

    Prosport.Az xəbər verir ki, layihə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi, Dream Group International şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək. Əsas məqsəd açıq suda üzgüçülüyün inkişafına töhfə vermək, beynəlxalq idman əməkdaşlığını genişləndirmək və Azərbaycanı idman turizmi istiqaməti kimi tanıtmaqdır.

    Emin Ağalarov beynəlxalq “Oceanman” seriyasının Azərbaycanda ilk dəfə məhz “Sea Breeze”də keçiriləcəyindən çox şad olduğunu bildirib.

    “Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova isə “Sea Breeze” ilə tərəfdaşlığın beynəlxalq miqyaslı tədbirlərin təşkili üçün yeni imkanlar yaratdığını vurğulayıb: “Oceanman " franşizasını əldə etmək asan deyil və bu uğura məhz “Sea Breeze”in müasir infrastrukturu sayəsində nail olduq. Xəzər dənizinin akvatoriyası, yüksəksəviyyəli infrastruktur və minlərlə qonağı qəbul etmək imkanı belə miqyaslı yarışların keçirilməsi üçün zəruri şərait yaradır. Son illərdə “Sea Breeze” kurort şəhəri beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi nüfuzlu məkan kimi mövqeyini daha da möhkəmləndirir. Əminəm ki, “Oceanman”ı ən yüksək səviyyədə məhz “Sea Breeze” təşkil edə bilər. Azərbaycanın beynəlxalq seriyanın xəritəsində yer alması ölkəmiz üçün həqiqətən də mühüm tarixi hadisə olacaq”.

    Yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. “Oceanman Azerbaijan Sea Breeze” yarışına hazırlıq çərçivəsində polşalı ultramarafon üzgüçüsü Bartolomey Kubkovski və Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı Boris Nəcəfov “Sea Breeze”də yerləşən “The Grand” apart-otelinin qarşısında 10 kilometrlik üzgüçülük yürüşü həyata keçirəcəklər.

    Bartolomey Kubkovski çox uzun məsafələrə üzgüçülük üzrə nailiyyətləri ilə tanınır. O, 2026-cı ilin avqustunda İsveçdən Polşaya qədər Baltik dənizini üzərək keçib. İdmançı dayanmadan təxminən 160 kilometr məsafə qət edib və 55 saatdan çox suda qalıb. Boris Nəcəfov isə Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlıdır. O, 2026-cı ilin sentyabrında Bonifaço boğazını da üzərək keçib. Nəcəfov Korsikadan Sardiniyaya və geriyə ümumilikdə 25 kilometr məsafə qət edib.

    “Oceanman” açıq suda üzgüçülük üzrə dünyanın ən böyük və nüfuzlu beynəlxalq yarış seriyalarından biridir. Yarışın mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir. Seriya peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7–75 yaşarası həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir. “Oceanman Azerbaijan – Sea Breeze” yarışlarının proqramına müxtəlif məsafələr üzrə üzgüçülük yarışları daxildir. İştirakçılar 10 kilometrlik “Oceanman”, 5 kilometrlik “Half Oceanman” və 2 kilometrlik sprint yarışlarında mübarizə aparacaqlar. Proqramda uşaqlar üçün “Oceankids” yarışı, komanda estafeti “Oceanteams” və inkişaf xüsusiyyətləri olan uşaqlar üçün xeyriyyə məqsədli “Oceanman Inspiration” üzgüçülük yarışı da yer alacaq. İdman proqramı ilə yanaşı, iştirakçılar və qonaqlar üçün festival tədbirlərinin təşkili də nəzərdə tutulur.

    “Oceanman Azerbaijan” yarışının keçirilməsi Xəzər dənizini beynəlxalq üzgüçülük ictimaiyyətinə tanıtmaq, ölkədə beynəlxalq tədbirlərin coğrafiyasını genişləndirmək və Azərbaycanın dünya idman xəritəsində mövqeyini gücləndirmək üçün yeni imkanlar yaradacaq.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved