Futzal üzrə dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları müəyyənləşib.
Prosport.Az xəbər verir ki, qarşılaşmanın əsas referisi ingiltərəli Piter Nörs olacaq.
Uelsli Valentin Çuplya 2-ci, şotlandiyalı DAnkan Maklulliç 3-cü hakim kimi təyinat alıb. Çexiyalı Lyuboş Ruql "timekeeper", portuqaliyalı Nunu Boqolyo hakim-inspektor, finlandiyalı Yurki Filppu UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək.
