Azərbaycanın karate üzrə yığma komandalarının 3 məşqçisi beynəlxalq məşqçilik lisenziyası əldə edib.
Prosport.Az xəbər verir ki, mütəxəssislər Dünya Karate Federasiyasının (WKF) Polşada təşkil etdiyi məşqçilik imtahanlarını uğurla başa vurublar.
Beynəlxalq lisenziya qazanan məşqçilər U-21 millisinin baş məşqçisi Elnur İbrahim, yeniyetmə və gənclərdən ibarət yığma komandaların baş məşqçisi Anar Allahverdiyev və U-21 millisinin baş məşqçisinin köməkçisi Coşqun Sadiqovdur.
