Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman
    12.10.2026 17:36:45

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var. Bu, əslində, bu gün onunla apardığımız müzakirənin bir hissəsi idi. O, bir qərar qəbul etməlidir".

    Prosport.Az xəbər verir ki, bu sözləri cüdo üzrə milli komandaların performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Hidayət ilk növbədə öz hədəfinin nə olduğunu müəyyənləşdirməlidir: “Bizim fikrimizcə, onun yeganə həqiqi hədəfi Parisdəki uğurunu təkrarlamaq ola bilər. Düşünürəm ki, özü də bunu istəyir. Bunun 73, yoxsa 81 kiloqram çəki dərəcəsində olmasının fərqi yoxdur. Bu, bizim deyil, onun qərar verməli olduğu məsələdir. Biz sadəcə onunla şərtləri müzakirə edirik. Hansı çəki dərəcəsini seçməsindən asılı olmayaraq, 81 kiloqrama keçmək istəsə də, 73 kiloqramda qalmaq istəsə də, onu dəstəkləyəcəyik. Əlbəttə, onun 73 kiloqramda mübarizə apardığı üsul 81 kiloqramdakından fərqli ola bilər. Yaxşı cüdoçu olmaq o demək deyil ki, idmançı bir çəki dərəcəsində yaxşı, digərində isə zəif çıxış edir. Çəki dərəcəsini dəyişdikdə fiziki cəhətdən hazırlaşmaq lazımdır. Düzgün hazırlıqla daha yuxarı çəki dərəcəsində də uğur qazanmaq mümkündür. Niyə də olmasın? Onun qərar vermək üçün bir həftə vaxtı var. Biz onunla danışmışıq. Bizim üçün nəticə önəmlidir, onun hansı çəki dərəcəsində mübarizə aparmasının fərqi yoxdur. Nəticə əldə etmək üçün fiziki cəhətdən hazır olmaq lazımdır. Bir idmançı bir çəki dərəcəsində yaxşı nəticə göstərə, digərində isə bunu bacarmaya bilər. Demək istədiyim odur ki, Hidayətin cüdo keyfiyyəti çox yüksəkdir. Buna görə də onun 81 kiloqram çəki dərəcəsində də uğur qazanması, hətta Olimpiya çempionu olması mümkündür”.

    Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər. Bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Çkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "Əlimizə düşən imkanları dəyərləndirə bilmədik" - Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    ABL: "Naxçıvan" "Gəncə"dən üstün oldu

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved