Rusiya yığmasının əslən erməni cüdoçusu Armen Adamyan Bakıda keçirilən dünya çempionatında tərbiyəsizliyə yol verib.
Prosport.Az xəbər verir ki, 29 yaşlı idmançı Azərbaycan təmsilçisi Zelim Kotsoyevlə qarşılaşma zamanı azarkeşlərə münasibətdə yolverilməz davranışlar sərgiləyib.
100 kq çəki dərəcəsində 1/8 final qarşılaşmasında qızıl xal bölümündə Adamyan hakimlərin şübhəli qərarı ilə qalib elan olunub. Bundan sonra erməni cüdoçu qulaqlarını tribunalara tərəf tutaraq, təhrikedici jest edib.
O, Kotsoyevlə də qısa müddət kəllə-kəlləyə gəlib.
Adamyanın bu davranışı Rusiya təmsilçisi kimi yox, erməni olduğuna görə sərgilədiyi şübhə doğurmur. Bu səbəbdən, Beynəlxalq Cüdo Federasiyası məsələyə baxaraq, ona qarşı tədbir görə bilər.
