Bakıda keçirilən dünya çempionatında 1/8 finalda uduzan Hidayət Heydərov sosial şəbəkə hesabında paylaşım edib.
Prosport.Az xəbər verir ki, idmançı postunda bunları yazıb:
“Doğma Vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər”.
Qeyd edək ki, Hidayət Heydərov mundialda 73 kq çəki dərəcəsində italiyalı Covanni Espositoya cərimə xalları ilə uduzub.
