Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı
    7.10.2026 14:16:29

    Azərbaycan Deflİmpiya Komitəsinin Cüdo üzrə baş məşqçisi Mayıl Hümbətova qarşı ağır ittihamlar var.

    Prosport.Az xitab24.az-a istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı cüdoçu Aydın Əzizovun valideynindən Tokioda keçirilən 2025-ci il Deflimpiyasında iştirak etmək üçün 5000 manat tələb etməkdə ittiham olunur.

    Eyni tələblə üzləşən cüdoçulardan birinin də Timur Ağayevin olduğu bildirilir.

    Bununla bağlı Baş Prokurorluğa Aydın Əzizovun atası Xəqani Əzizov şikayət edib.

    Xəqani Əzizov ərizəsində qeyd edib ki, baş məşqçi oğlunun Tokioda keçirilən 2025-ci il Deflimpiyasında iştirakına maneə yaradıb, onun Ceyranbatandakı evinə gələrək Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş formaları təqdim edərək, övladının yarışa getməsi üçün 5000 manat ödəməli olduğunu bildirib.

    Xəqani Əzizov çalışdırıcının tələbini yerinə yetirmədiyindən, övladına qarşı münasibətinin dəyişdiyini, məşq prosesində və yarışa hazırlıqda çətinliklərin yaradıldığını, digər idmançılarla müqayisədə ayrı-seçkiliyə yol verildiyini qeyd edib.

    Xəqani Əzizovun şikayəti aidiyyəti üzrə Sumqayıt Şəhər Prokurorluğunda araşdırılsa da, cinayət işinin başlanılmasının rədd edilməsi ilə bağlı qərar çıxarılıb.

    Lakin Aydın Əzizovun atası qərarın ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə Əzizovun şikayətini təmin edərək, işin hərtərəfli araşdırılmaması qənaətinə gəlib və prokurorluğun qərarını ləğv edib. Sumqayıt Şəhər Prokurorluğu millinin baş məşqçisi Mayıl Hümbətovla bağlı ittihamları yenidən araşdıracaq.

    Qeyd edək ki, Mayıl Hümbətovla bağlı daha bir ittiham Aydın Əzizovun sağlamlığını riskə atması ilə bağlıdır. Belə ki, baş məşqçi cüdoçunun zədəsi olduğu, 63 gün reabilitasiya prosesi keçdiyi halda, tam bərpa olunması və tibbi vəziyyətinin yenidən qiymətləndirilməsi təmin edilmədən, Göygöl rayonunda keçirilən təlim-məşq toplanışına cəlb etməkdə ittiham olunur. Məlumata görə, Əzizov burada özündən ağır çəkidə idmançılarla qarşılaşdırılıb, nəticədə ayaq və çiyin nahiyələrində ömürlük ödəm qalıb.

    Onu da bildirək ki, bu il gənclər və idman naziri Fərid Qayıbov Aydın Əzizovun valideynini qəbula çağırıb, idmançının Lozannada keçirilən  "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində iştirakını müzakirə edib.

    Xəqani Əzizov oğlunun əvvəlki travmaları, sağlamlıq vəziyyəti və yarışa tam hazır olmaması ilə bağlı narahatlıqlarını bildirib. Lakin yaranmış vəziyyətdə və övladının idman karyerasının davam etməsi naminə məcbur olaraq nazirliyin mövqeyi ilə razılaşıb və verilən qərarı qəbul edib. 

    İsveçrədə keçirilən həmin yarışda Aydın Əzizov əvvəlki travması olan sarğılı sağ ayağına rəqibi tərəfindən zərbə alıb. 

    Buna baxmayaraq, görüşü davam etdirən Əzizov gümüş medala yiyələnib.

    Xatırladaq ki,  Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri, TƏBİB-in icraçı direktoru Anar Bayramovdur.

    Cüdo

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24
    Cüdo

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    Cüdo

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12
    Cüdo

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29
    Cüdo

    Bakıda cüdo üzrə dünya çempionatı ilə bağlı sərgi açıldı - FOTOLAR

    8.10.2026 16:17:30
    Cüdo

    Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr etdi

    7.10.2026 20:50:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved